HAQQIMIZDA
Rotamech Industrial Service sənaye və istehsalat sahələrində istifadə olunan fırlanan avadanlıqlar üzrə texniki servis, baxış və mühəndislik xidmətləri göstərən ixtisaslaşmış texniki servistir.
Fəaliyyətimiz yalnız istehsalat müəssisələri ilə məhdudlaşmır. Biz enerji, neft-qaz, su təsərrüfatı, zavod infrastrukturu və müxtəlif sənaye sahələrində istifadə olunan avadanlıqlar üzərində də texniki xidmətlər həyata keçiririk.
Rotamech komandası 20 ildən artıq sənaye təcrübəsinə malik, müxtəlif sahələrdə praktik fəaliyyət göstərmiş mühəndis və texniki mütəxəssislərdən ibarətdir.
Komandamız nəzəri biliklə yanaşı, real sahə və zavod təcrübəsinə əsaslanan texniki yanaşma ilə işləyir və hər bir avadanlığa fərdi yanaşma tətbiq edir.
Texniki yanaşmamız
Bütün texniki baxış, təmir və servis işləri avadanlıqların konstruktiv xüsusiyyətləri, istehsalçı zavod parametrləri və istismar şəraiti nəzərə alınmaqla icra olunur.
Əsas məqsədimiz avadanlıqlara müdaxilə etmək deyil, onların etibarlı, təhlükəsiz və uzunömürlü işləməsini təmin etməkdir.
Təhlükəsizlik və standartlar
Bütün işlər Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) qaydalarına uyğun şəkildə həyata keçirilir.
Texniki servis zamanı risklərin qiymətləndirilməsi, iş təhlükəsizliyi prosedurlarına riayət edilməsi və sənaye təhlükəsizliyi tələbləri əsas prioritetlərimizdəndir.
Texniki müdaxilələr beynəlxalq standartlara, istehsalçı zavod tələblərinə və texniki normativlərə uyğun icra olunur.
Peşəkar texniki dəstəyə ehtiyacını var?
Click here to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

